Nikah vəya zifaf gecəsi bəylə gəlinin ilk dəfə, necə deyərlər, bir yastığa baş qoyduqları gecəyə deyilir. İmam Sadiq (ə) buyurur: "...Gecənin əvvəl saatlarında cinsi yaxınlıq etməyin...” Yəni zifaf gecə vaxtı olmalıdır. Bu, gecəyarıya yaxın olsa daha yaxşıdır. Amma, heç də o demək deyil ki, həyat yoldaşı ilə yalnız gecələr yaxınlıq etmək olar. Dediklərimiz ancaq zifafa aiddir, çünki insan gündüz fəaliyyət göstərdiyindən gərginlik keçirir və gecə istirahət edir. Bunun isə doğulacaq övlada müsbət təsiri var. Digər tərəfdən, gecə gəlinin ismət və həyasının qorunması üçün daha münasibdir. Peyğəmbər (c) buyurur: "Gəlinlə zifafı gecə edin,onun qonaqlığını isə gündüz verin”.
Bəzən nikah gecəsi cinsi əlaqə ya tamam mümkün olmur, yada natamam baş verir: nəticədə gəlin ər evində qız kimi qalır, buna görə də hamilə ola bilmir. Təbabətdə buna virqoqamiya (latınca virqo вЂ" qızlıq, bakirəlik; qamos - ər) vəya qız (bakirə) nikahı deyilir. Mütəxəssisə müraciət olunmadıqda bu hal uzun müddət və hətta ömürlük davam edə bilər.Belə ər-arvad bir-birinə sədaqətli olsa da, ailə səadətinə qovuşa bilmir.
Nikahdan sonra yaranan problemlər
Nikahdan sonra müxtəlif səbəblər üzündən problemlər yarana bilər. Asan anlaşılması üçün onları 3 qrupa bölək:
1.Qorxu, həyəcanla bağlı problemlər;
2.Məlumatsızlıq və təcrübəsizlikdən yaranan səbəblər;
3.Erektil disfunksiya vəya cinsi zəiflik (impotensiya).
Birinci səbəb qorxu, həyəcandır ki, bu da bəzi qızların nikah gecəsi barədə olan yalnış söhbətlərdən aldığı psixi təsirdir. Bir qızı yengəsi elə qorxutmuşdu ki, o, gəlin köçsə də, ər evində 3 il qız kimi qalmışdır. Qorxu bəzən o qədər çox olur ki, bəy gəlinə toxunmaq, hətta yaxınlaşmaq istəyəndə qızın bütün bədəni sıxılır və əlaqə mümkün olmur.
İkinci səbəb ər-arvadın cinsi əlaqə və cinsi həyat barədə məlumatsızlığından, təcrübəsizliyindən və s. ibarətdir ki, bu da ailədə sərt tərbiyənin nəticəsidir.
Üçüncü səbəb kişilərdə cinsi zəifliklə bağlıdır. Bu halı törədən tibbi-psixoloji səbəblər müxtəlifdir. Əvvəllər zəif olmayan bəy eşitdiyi yalnış söhbətlərdən aldığı psixi zərbədən, psixoloji çətinliklərədən və s.-dən nikah gecəsi zəifləyir. Gəlinin qorxu keçirməsi, yengənin bayırda gözləməsi, yatağın gizli və rahat yerdə olmaması kimi hallar da bəyi həyəcanlandırır. Oğlana bəzən uzun müddət nişanlı qalmaq da pis təsir edir. Nikah gecəsi "bəy-gəlin bağlanıb”, "tilsimə düşüb”, "qorxub” və s. kimi xalq arasında yayılan söhbətlər də elə bu səbəblərdən yaranıb.
Problemin həlli yollari
30 illik təcrübəmə və dünyanın bir çox klinikalarında