<?xml version="1.0" encoding="utf-8"?>
<FictionBook xmlns="http://www.gribuser.ru/xml/fictionbook/2.0" xmlns:l="http://www.w3.org/1999/xlink">
<stylesheet type="text/css">
.body{font-family : Verdana, Geneva, Arial, Helvetica, sans-serif;
}
.p{margin:0.5em 0 0 0.3em; padding:0.2em; text-align:justify;
}
</stylesheet>
<description>
<title-info>
<genre>sf_history</genre>
<author>
<first-name>The author's name</first-name>
<last-name>The author's last name</last-name>
</author>
<book-title>Book name</book-title>
<annotation></annotation>
<date>Tarix</date>
<lang>ru</lang>
</title-info>
<document-info>
<author><nickname></nickname>
</author>
<program-used>Lib converter jcms</program-used>
<date value=""></date>
<src-url>http://johncms.com</src-url>
<id></id>
<version>1.0</version>
<history><p>book</p></history>
</document-info>
</description>
<body>
<title><p>Qadınlar aybaşı zamanı nə qədər qan itirir?</p>
</title>
<section><p>Qadın sağlamlığı üçün həyati əhəmiyyət kəsb etsə də, kifayət qədər diqqət etmədiyimiz bir məsələ də menstruasiyadır. Ağızdan-ağıza “ayıbdır” sözləri ilə yalan məlumatların yayıldığı aybaşı ilə bağlı bir başqa fikir də sosial mediada müzakirələrə səbəb olub.</p>
<p></p>
<p>Yayılan məlumatlarda bir qadın menstruasiya zamanı orta hesabla 3 xörək qaşığı qan itirir. Bu doğrudurmu?</p>
<p></p>
<p>İstər menstruasiya zamanı diqqət edilməsi lazım olan gigiyena şərtləri, istərsə də ağrı ilə mübarizə olsun, bir çox qadın bu mühüm məlumatlardan xəbərdar olmadıqları üçün çətinliklərlə üzləşə bilərlər.</p>
<p></p>
<p>Tanınmış “Healthline” sağlamlıq saytının məlumatlarına görə, orta hesabla bir qadın menstruasiya zamanı 30-40 mililitr qan itirir ki, bu da 2-3 xörək qaşığına bərabərdir.</p>
<p></p>
<p>Əlbəttə ki, menstrual dövrünün müddəti insandan insana fərqli olduğunu düşünmək və əlavə etmək lazımdır ki, bu miqdar 60 mililitr, yəni 4 yemək qaşığı qədər də ola bilər. Amma sosial mediada bu fikirlə razılaşmayan qadınlar aybaşı zamanı daha çox qan itirdiklərini iddia edirlər.</p>
<p></p>
<p>Qadınlar niyə daha çox qan itirdiyini hiss edir? Çünki menstruasiya zamanı qan miqdarı ilə yanaşı, bədəndən selik və uşaqlıq toxuması da xaric edilir.</p>
<p></p>
<p>Əlavə olunan toxumalara görə menstruasiya zamanı qan itkisini ölçmək çox çətindir.</p>
</section>
</body>
</FictionBook>