6 ay öncə

Namaz və oğru

Biharul-ənvarda nəql olunur ki, Peyğəmbərin görüşünə gələnlər ona bir şəxsdən şikayətləndilər. Dedilər ki, filankəs gündüzlər namaz qılır, gecələr oğurluq edir. Həzrət əminliklə buyurdu ki, namaz onu oğurluqdan uzaqlaşdıracaq!
Bir müddət sonra həmin şəxsin məsciddə xəlvət guşəyə çəkilib ardıcıl namaz qıldığını, raz-niyaz etdiyini gördülər. Uzun ibadətlərinin səbəbini soruşanda cavab verdi ki, tövbə edib, hamının haqqını qaytarmışam, indi bədənimdəki oğurluq əti əridirəm!