3 ay öncə

Aslan və Keçi

Bir gün Keçi sulu yaşıl çəməndə otlayırdı. Birdən qulağına bir uğultu gəldi. Keçi arxaya baxdı və qəfəs gördü, qəfəsdə isə - Aslan. Qaçmaq istədi, ancaq Aslan xəfif bir səslə ondan qəfəsə yaxınlaşmasını istədi. Keçi qəfəsə yaxınlaşdı.



Aclıq çəkən Aslan keçidən qapının kilidini açmasını və onu bayıra buraxmasını xahiş etdi. Keçi Aslana etibar etmədiyini söylədi. - Birdən onu tutub yeyər!



Ancaq Aslan ona zərər verməyəcəyinə, ömrü boyu ona minnətdar olacağına and içdi. Keçi nəhayət qəfəsin kilidini açıb Aslanı sərbəst buraxdı.



Azadlıqda olandan sonra Aslan keçiyə təşəkkür etdi. Ancaq keçi bir neçə addım geri atmışdı ki, aslan onu yeməyə qərar verdi - axı bu gün hər hansı bir şikar ilə qarşılaşıb-qarşılaşmayacağı məlum deyil. Bu qədər müddət aslan aclıq içindədir, hətda aclıqdan ölmək üzrədir. Aslan Keçinin üstünə hoppandı və onu tutdu.



Keçi Aslanın sözünü tutmadığına görə sarsıntı keçirdi.



- Mən səni qurtardım, qəfəsdən çıxartdım, mənə belə təşəkkür edirsən! - deyə Keçi qəzəbləndi.



Bu zaman bir kişi onların yanından keçirdi.



- Dərdiniz nədir? – deyə kişi onlardan soruşdu. Keçi ona hər şeyi danışdı.



- Qəfəs haradadır?



- Bax orda! - keçi qəfəsi kişiyə göstərdi.



- Gəlin bu cür edək: bir yerdə qəfəsin yanına gedək, mənə hər şeyin necə baş verdiyini göstərin, onda kimin haqlı, kimin yalnış olduğuna qərar verə bilərəm – kişi hər ikisinə dedi.



Beləliklə, üçü də qəfəsin yanına getdi.



- Yəni bu eyni həmin qəfəsdir? – kişi təkrar soruşdu.



- Bəli, bu odur, - Aslan təsdiqlədi.



- Sən bunun içində oturmuşdun? Hansı vəziyyətdə?



Kişi qəfəsə girib özü oturdu.



- Bu cür?



- Xeyr, bu cür deyil! - deyə Aslan etiraz etdi.



- O zaman özün içəri gir və mənə göstər – kişi dedi.



Aslan qəfəsə girdi, amma oturmağa vaxt tapmamış kişi qəfəsin qapısını örtüb, kilid vurdu.



- Budur nankorluğun üçün layiqli bir cəza, - o, Aslana dedi, - Sən də keçi, unutma, hər kəsə götür-qoy etmədən kömək edə bilməzsən! Yırtıcı elə yırtıcıdır, ondan yaxşılıq gözləmə!.
Paylaşdı  foto NeCi   03:00:00 0 şərhlər