7 ay öncə

Uşaq tərbiyəsində 7 vacib məqam. Valideynlərin nəzərinə!

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar.

Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək. Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər. Bu dövrlədə valideynlər hansı nöqtələrə diqqət etməlidirlər.

1. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar. Davamlı yalan danışan, küfr edən, uşaqlarının yanında insanların zəifliklərini və eyblərini açıqlayan valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən, danışarkən diqqətli olmalıdırlar. Əgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edək, onda gərək gözəl sözlər danışaq.